Səmra Rəhimli: İnanmıram ki, anam məni belə tez kiməsə versin

Səmra Rəhimli: İnanmıram ki, anam məni belə tez kiməsə versin

Baxış sayı: 3. 179 dəfə baxılıb.

“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli “Show time” verilişində şəxsi həyatından danışıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ifaçı bildirib ki, sevdiyi şəxsdən evlilik təklifi alsa, ailə qurar: 

“Mənə evlilik təklifi edən insanın kimliyinə baxmalıyam. Sevdiyim şəxsdirsə, razı olaram. Amma hazırda bu barədə düşünmürəm. Heç vaxt ailə qurmaq barədə düşünməmişəm. Çünki anam lap kiçik yaşlarımdan bizi belə böyüdüb. İlk öncə karyeranı, daha sonra ailə qur. Vaxtı gələndə hər şey olacaq”. 

İfaçı onu da əlavə edib ki, sənət və ailə arasında seçim olsa, sənətini seçər: 

“Ailə quracağım şəxs məni bu seçim qarşısına qoyacağını düşünmürəm. Amma belə bir şey olsa, sənətimi seçərəm. Yalnız məni sevməyən insan qarşıma bu cür seçim qoya bilər. Nəyisə niyə qurban verməliyəm ki?”

S.Rəhimli daha sonra deyib ki, ona zaman-zaman elçi düşənlər olub: 

“İndi elə bir zəmanə deyil ki, qapını döysünlər, gəlsinlər ki, elçi gəlmişik. Elçi gəliblər, amma ailə qurmağı düşünməmişəm. Gərək həmin insanla münasibətim olsun ki, razılıq verim. Elçi gəlmək istəyənlər ilk öncə təklifi anama edirlər. Bizim ailə müasir ailə olduğuna görə, inanmıram ki, anam məni belə tez kiməsə versin. Ailə qursam, anamdan da məsləhət alacam, amma ən əsası məntiqlə düşünəcəm”.

.
www.ÇıxışYolu.Com