4dbf92ea-e152-42fc-af06-0ab28a4c8301..jpg

Sənət adamları Ramazanda: “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram” – SORĞU + FOTO

Baxış sayı: 632 dəfə baxılıb.

Sənət adamları Ramazanda: “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram” –
SORĞU + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramazan ayının ilk günlərini yaşayırıq. Müşahidələr göstərir ki, oruc
tutanların sayı əvvəlki illərə nisbətən daha çoxdur. Bəziləri namaz qılmasalar
belə, Ramazan ayında vacib buyurulan əməlləri yerinə yetirməyə çalışırlar.

Ramazanda məşhurların oruc tutub-tutmaması həmişə müzakirə mövzusudur.
Həmçinin, bu ayda toylar, şənliklər azaldığından sənətçilərin nə işlə məşğul
olduqları, necə dolandıqları da maraq doğurur.

Cixisyolu.com-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.

Aktrisa Çimnaz Sultanova ilk gündən oruc tutduğunu qeyd edib:

“Ramazanın ilk günündən orucam. Çox gözəl aydayıq. Allah hər kəsə ruzi-bərəkət
bəxş etsin. Tutulan oruclar, edilən ibadətlər qəbul olsun”.

Müğənni İradə İbrahimova hər kəsə bərəkətli Ramazan arzulayıb:

“Bəli, hər il olduğu kimi, çox şükür, bu il də oruc tutmaq nəsibim oldu. Hər
kəsə xeyirli, bol ruzi və bərəkətli Ramazan arzu edirəm. İslamın beş şərti var:
şəhadət, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və həccə getmək. Oruc tutmaq
Allahın icazəsini almaq üçün yerinə yetirdiyimiz ibadətdir. Bədənin sədəqəsi
kimi düşünmək lazımdır.

Lakin səhhətində problem olanlar, davamlı dərman qəbul edənlər, yaşlılar və
çətin işlərdə işləyənlər oruc tuta bilməzlər. Allah tutulan orucları, edilən
dualarımızı qəbul etsin. Allah hər kəsə öz ruzisini göndərir”.

Xalq artisti Bilal Əliyev illərdir, oruc tutduğunu dilə gətirib:

“İşlərim qaydasındadır. Hər şey əladır. Hazırda orucam. 1993-cü ildən oruc
tuturam. Allah hamını düz yola çəksin. Orucun xeyrini görürəm. Ramazan ayının
gəlişini səbirsizliklə gözləyirəm. Mən ancaq oruc tutmaqla bədənimi,
orqanizmimi sağlamlaşdırıram”.

B.Əliyev bütün işlərini Ramazan ayına saxladığını qeyd edib:

“Mən hər işimi proqrama salmışam. Bütün görüləcək işlərimi Ramazana
saxlayıram. Ailəmi, kasıb adamları ziyarət edirəm. Bütün işlərimi orucluqda
edirəm. Toylar olmur. Mən də səmərəli keçirməyə çalışıram. İbadətlə məşğul
oluram”.

Müğənni Manaf Ağayev dərman qəbul etdiyi üçün oruc tuta bilmədiyini bildirib:

“Müəyyən səbəblərdən oruc tuta bilmirəm. Dərman qəbul edirəm. Amma oruc
tutanlara iftar süfrəsi verirəm. Həmişə də vermişəm. Ailə üzvlərim oruc
tuturlar”.

M.Ağayev toy olmadığı üçün Ramazan ayında yaradıcılıqla məşğul olduğunu
söyləyib:

“Yeni mahnılarım çıxacaq. Onların üzərində işləyirəm. Yaradıcılıqla məşğulam.
Hər işi bu aya saxlayırıq”.

Aktrisa Məleykə Əsədova bu ayda teatrların fəaliyyətinə davam etdiyini
bildirib:

“Ramazan ayı teatrların fəaliyyətinə heç bir maneə törətmir. Müğənnilər ilə
aktyorlar, aktrisalar bir deyillər. İstər Məhərrəm, istərsə də Ramazan ayında
hər həftə tamaşalar keçirilir”.

Müğənni Mətanət Əsədova Ramazan ayında hamı kimi davrandığını qeyd edib:

“Bu ayda hamı necədirsə, biz də eyniyik, fərq yoxdur”.

Müğənni Türkan Vəlizadə isə sadəcə, ölkə xaricində konsertdə olduğunu söyləyib.

Nəzrin Vahid, Cansu Məmmədli

Source link