55578084-04b0-4d39-a674-3edbdb1913aa..jpg

Sənət yoldaşlarından Aygün Bəylərlə bağlı paylaşım: “Vaxtsız ölüm xəbərlərindən usanmışam” – FOTO

Baxış sayı: 419 dəfə baxılıb.

Sənət yoldaşlarından Aygün Bəylərlə bağlı paylaşım: “Vaxtsız ölüm
xəbərlərindən usanmışam” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sonuncu konsert proqramından sonra səhhəti pisləşən Aygün Bəylər müalicə almaq
üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı. Uzun müddətdir xərçəng
xəstəliyindən əziyyət çəkən sənətçi Ankarada klinikalardan birində həyatda
qalmaq üçün mübarizə aparsa da, amansız xəstəlik onun arzularını yarıda qoyub.
O, 6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edib. Onun vəfatı Azərbaycan
mədəniyyətinə, musiqisinə ağır itki oldu.

Sənət yoldaşları da Aygün Bəylərin ölüm xəbəri ilə sarsılıblar. Bir çox
müğənnilər Aygün Bəylərin vəfatı ilə əlaqədar fikirlərini sosial şəbəkə
hesablarında paylaşaraq ailəsinə və yaxınlarına dərin hüzn və başsağlığı
veriblər.

Cixisyolu.com-ın əməkdaşı sənət adamlarının bir qisminin Əməkdar artist Aygün Bəylər
ilə bağlı paylaşımlarını təqdim edir:

Xalq artisti, müğənni Aygün Kazımova şəxsi “Instagram” hesabında Aygün Bəylər
ilə fotosunu paylaşaraq kədərini büruzə verib:

“Gözəl səsli, gözəl qəlbli sənətkar. Səni hər zaman belə gülərüz
xatırlayacağıq”.

Xalq artisti Eyyub Yaqubov şəxsi “Instagram” hesabında hekayə bölməsində Aygün
Bəylərin fotosunu paylaşaraq “Allah rəhmət etsin!” şərhini yazıb.

Müğənni Nadir Qafarzadə şəxsi “Instagram” hesabında Aygün Bəylərin fotosunu
“Allah rəhmət etsin” şərhini yazıb.

Xalq artisti Brilliant Dadaşova şəxsi “Instagram” hesabında Aygün Bəylərin
fotosunu paylaşaraq qeyd edib: “Yazıq Aygün Bəylər, heç bəxti olmadı”.

Əməkdar artisti Elnarə Abdullayeva şəxsi “Instagram” hesabında sənət
yoldaşının fotosunu paylaşıb və “Allah rəhmət eləsin!” şərhini yazıb.

Xalq artisti Mənsum İbrahimov şəxsi “Instagram” hesabında Aygün Bəylərin
fotosunu paylaşıb, “Allah rəhmət eləsin” şərhini yazıb.

Müğənni Bahar Lətifqızı “Instagram” hesabında Aygün Bəylərin fotosunu paylaşıb:

“Bir neçə saat əvvəl çox sevinmişdim ki, yalan xəbərdir. Çox təəssüf ki,
doğru xəbərmiş… Allah rəhmət eləsin, üzgünəm, bilmirəm nə deyim, nə yazım.
Mən həqiqətən də bu dünyanın ayrılıqlarından, vaxtsız ölüm xəbərlərindən
usanmışam. Ona görə də deyirəm, bir də bu dünyaya gətirmə məni. Səsin üçün,
özün üçün çox darıxacağıq, Aygün”.

Müğənni Nura Suri şəxsi “Instagram” sosial şəbəkəsinin hekayə bölməsində Aygün
Bəylərin fotosunu paylaşıb:

“Kimsə öləndə heç vaxt ağlaya bilmirəm (hamımız öləcəyik). Aygün Bəylərə çox
üzüldüm, gözlərimdən yaş axdı, özümü saxlaya bilmədim. Nə qədər dərd apardı özü
ilə”.

Xalq artisti Alim Qasımov şəxsi “Instagram” hesabının hekayə bölməsində Aygün
Bəylərin ifasını paylaşıb.

“Allahdan rəhmət diləyirik, çox dəyərli, sənətkar Aygün xanıma”, – şərhini
əlavə edib.

Nəzrin Vahid

Source link