ca06de3a-5da1-4fab-aa53-342740356954..jpg

Sənay Qəhrəmanlıya cinsi təcavüzdə təqsirləndirilən şəxslə bağlı QƏRAR

Baxış sayı: 532 dəfə baxılıb.

Sənay Qəhrəmanlıya cinsi təcavüzdə təqsirləndirilən şəxslə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızı Sənay
Qəhrəmanlını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki hökmdən
verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə
keçirilən prosesdə elan edilib ki, kassasiya şikayəti geri götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan
məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz
qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs
üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi
ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun
rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi
İstintaq idarəsinə həvalə olunub. Cinayət işinin istintaqı zamanı şahid
dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin
edilməklə rəylərinin əldə olunması təmin edilib. Həyata keçirilən kompleks
istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik
yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr
müəyyən olunub. Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin
149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının
təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs
qətimkan tədbiri seçilib. 2021-ci il dekabrın 30-da Əsgər Ağazadənin
təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link