446d1e18-9cd6-4f5b-b536-f989370c49eb..jpg

Sənay Qəhrəmanlıya görə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Baxış sayı: 615 dəfə baxılıb.

Sənay Qəhrəmanlıya görə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlını zorlamaqda təqsirləndirilən Əsgər
Ağazadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə
araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 20-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgər Ağazadə beş il müddətinə
azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz
qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs
üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi
ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun
rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi
İstintaq İdarəsinə həvalə edilib. Cinayət işinin istintaqı zamanı şahid
dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin
edilməklə rəylərinin əldə olunması təmin edilib. Həyata keçirilən kompleks
istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik
yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr
müəyyən olunub. Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin
149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının
təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs
qətimkan tədbiri seçilib. 2021-ci il dekabrın 30-da Əsgər Ağazadənin
təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link