“Sənaye zonalarında fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı ikiyə
çatacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“2024-ci ildə Sumqayıt Kimya Sənaye Parkında Türkiyə kapitallı şirkətin –
“Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı müəssisəsinin
fəaliyyətə başlaması nəzərdə tutulur”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-Türkiyə
İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə
Heyətinin sədri Elşad Nuriyev deyib.
O, qeyd edib ki, müəssisənin fəaliyyətə başlaması ilə sənaye zonalarında
fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı ikiyə çatacaq.
“Hazırda “Kartaş Kimya” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 2,5
hektar ərazisində müəssisənin tikintisi istiqamətində işlər sürətlə davam
etdirilir. Şirkətin fəaliyyətə başlaması ilə 250 daimi iş yeri yaradılacaq.
Bundan başqa Türkiyə şirkətləri əsasən sənaye zonalarında tekstil, əczaçılıq,
qida və s. kimi layihələrin icrasında maraqlıdırlar”.
Nəzrin Vahid