74023e28-5c2b-4a97-ab98-7704e3fa51b2..jpg

Səngəçalda zəlzələdən sonra qala divarları üzə çıxıb? – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB/VİDEO

Baxış sayı: 640 dəfə baxılıb.

Səngəçalda zəlzələdən sonra qala divarları üzə çıxıb? – RƏSMİ AÇIQLAMA +
YENİLƏNİB/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarlarının üzə çıxdığı
iddia edilən yerin, təbii aşınma nəticəsində yaranmış daş qatları olduğu müyyən
edilib”.

Bu sözləri Baku TV-yə açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz
Hüseynli bildirib.

“Ərazidə tarixi arxioloji əlamət daşıyan hər hansısa bir mədəniyyət nümunəsi
müşahidə olunmayıb”, – deyə Fariz Hüseynli qeyd edib.

Ətraflı süjetdə:

14:22

“Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra
Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın
sorğusuna cavab olaraq bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq
üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.

Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən
tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev bildirib ki, hazırda institutun
əməkdaşları əraziyə baxış keçirirlər:

“Nəticə barədə məlumat veriləcək”.


Source link