0d181b06-8a22-455b-bf1e-4ba94f1716d6..jpg

Şərafət Həsənov açıqladı: Vətənin igid oğlu Riad Əhmədov necə şəhid oldu? – VİDEO

Baxış sayı: 372 dəfə baxılıb.

Şərafət Həsənov açıqladı: Vətənin igid oğlu Riad Əhmədov necə şəhid oldu? –
VİDEO

“Riad Əhmədovun axtarışları ilə dövlətimiz hər zaman məşğul olub. Onun
tapılması istiqamətində müxtəlif vaxtlarda Ermənistanın siyasi rəhbərliyi ilə
danışıqlar olub. Lakin bu danışıqlar heç bir nəticə verməyib”.

Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə keçirilən vida
mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Şərafət Həsənov
söyləyib.

O deyib ki, Vətən müharibəsindən sonra Şuşa və Daşaltı ətrafında Milli
Qəhrəmanın axtarışları davam etdirilib:

“Axtarışlar nəticəsində xeyli şəhidimizin nəşi tapılıb. Onlardan biri də
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov idi”.


Source link