fde8a61e-5a1e-4507-a21a-696fd82bae80..jpg

Sərbəst güləş millimiz 2022-ci ilin məşqlərinə başladı – VİDEO

Baxış sayı: 2. 400 dəfə baxılıb.

Sərbəst güləş millimiz 2022-ci ilin məşqlərinə başladı – VİDEO

Güləş üzrə milli komandalarımız 2022-ci ilin ilk günlərindən məşqləri bərpa
edib.

Cixisyolu.com xəbər verir ki, sərbəst güləş üzrə yığmamız yanvarın 15-dək Olimpiya
Güləş Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesinin əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu üzdən
məşqçilər korpusu əsasən fitnes çalışmalarına üstünlük verir. Həftənin 4 günü
iki məşq baş tutursa, çərşənbə və şənbə günləri 1 məşq keçirilir. Həmin günlər
keçirilən məşqlər açıq havada (əsasən stadionda) reallaşır. Toplanış baş məşqçi
Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin
rəhbərliyi altında davam edir.

Digər iki millimiz isə bir neçə gündən sonra ölkə xaricinə yollanacaq.
Yunan-Roma güləşi üzrə yığmamız yanvarın 10-dan 27-dək Gürcüstan millisi ilə
birgə Tbilisidə təlim-məşq toplanışı keçəcək.

Qadınlarımız isə yanvarın 12-dən 25-dək Rusiya yığması ilə birgə Krasnoyarskda
qarşıdakı yarışlara hazırlaşacaq. Komandamız toplanış başa çatdıqdan sonra
2022-ci ildə ilk turnirində iştirak edəcək. Belə ki, təmsilçilərimiz yanvarın
26-dan 30-dək Krasnoyarskda keçiriləcək İvan Yarıqin Qran Prisində mübarizə
aparacaq.


Source link