Sərbəst güləş millimiz dünya çempionatından kubokla qayıdacaq

Baxış sayı: 1. 972 dəfə baxılıb.

Sərbəst güləş millimiz dünya çempionatından kubokla qayıdacaq

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə yığmamız kubok qazanıb.  

ÇıxışYolu.Com xəbər verir ki, mundiala səkkiz idmançıyla yollanan yığmamızın beş üzvü fəxri kürsüyə qalxıb. 

Turan Bayramov (-65 kq) qızıl, Əbubəkr Abakarov (-79 kq) və Hacımurad Məhəmmədsəidov (-86 kq) gümüş, Əfqan Xaşalovla (-57 kq) Davud İbrahimov (-70 kq) isə bürünc medal qazanıb.  

Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub.  

Bu nəticəylə millimiz dünya üçüncüsü olub.  

Rusiya (145) I, İran (139) isə II yeri tutub.  

Qeyd edək ki, bir qızıl, iki gümüş və iki bürünc medal 2017-ci ildən bu yana keçirilən analoji yarışlarda sərbəst güləş yığmamızın ən yaxşı nəticəsidir. 

Səbuhi Musayev