8147515e-4ba0-4f5a-af60-27d86f54e399..jpg

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi oldu

Baxış sayı: 602 dəfə baxılıb.

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində
keçirilən Avropa çempionatının qalibi olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat
yayıb.

Bildirilib ki, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə
Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan
yığmamız bir qızıl, üç gümüş və dörd bürünc medal qazanıb.

İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad
Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal
Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yeri tutublar.

Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq
komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları
tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında birinci yeri
tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.

Source link