55439ca9-58d3-457b-8aa1-f2b0049bb951..jpg

Sərbəst güləşçi Əliabbas Rzazadə: “Olimpiadaya qızıl medal qazanmaq üçün gedəcəyəm”

Baxış sayı: 411 dəfə baxılıb.

Sərbəst güləşçi Əliabbas Rzazadə: “Olimpiadaya qızıl medal qazanmaq üçün
gedəcəyəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Olimpiadaya qızıl medal qazanmaq üçün gedəcəyəm”.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat
turnirində finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya
qazanan Azərbaycanın sərbəstgüləşçisi Əliabbas
Rzazadə jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı idmançı komanda yoldaşlarından da eyni nəticəni gözlədiyini bildirib:

“Həm televiziya qarşısından, həm də tribunadan məni dəstəkləyən azarkeşlərə
təşəkkürümü bildirirəm. “Doğma divarlar” arasında güləşmək insana xüsusi
motivasiya verir. Bu gün ilk lisenziyanı mən qazandım. İnanıram ki, ayağım
komandaya düşərli olacaq”.

Avropa çempionu yarımfinalda məğlub etdiyi Şimali Makedoniya təmsilçisi
Vladimir Yeqorovdan revanşı aldığını söyləyib:

“Bütün rəqiblərim güclü idi. Ancaq biz də yarışa yaxşı hazırlaşmışdıq. Qarşıma
olimpiadaya lisenziya qazanmaq məqsədi qoymuşdum, buna da nail oldum.
Yarımfinalda məğlub etdiyim idmançı məni Avropa çempionatında məğlub etmişdi.
Bu görüş revanş xarakteri daşıyırdı. Azarkeşlərin də köməyi ilə bu dəfə qələbə
qazanmağı bacardım”.

Ə.Rzazadə Parisdə keçiriləcək olimpiadaya fəxri kürsünün ən yüksək pilləsinə
qalxmaq üçün gedəcəyini vurğulayıb:

“Qarşıda məni daha çətin sınaq gözləyir. Bu cür davam etsəm, qələbələrimi
olimpiadada da davam etdirəcəyimə inanıram. Təbii ki, olimpiadaya yollanan
güləşçilərin heç biri zəif olmur. Mən də onlardan geri qalmıram. Orada əsas
rəqibim Rusiya təmsilçisi olacaq. Onu məğlub edərək, titul qazanmağa
çalışacağam. İnanıram ki, bu il mənə düşərli olacaq. Əvvəlki güləşlərimlə
müqayisədə çox inkişaf etmişəm”.

Source link