İran millisinin türkmən əsilli futbolçusu Sərdar Azmun bir vaxtlar futbolu atmaq istəyindən danışıb.
Bu, futbolçunun yeniyetmə olduğu dövrə təsadüf edir.
“12 yaşımda məni İran yığmasına çağırdılar. Lakin sonra məni siyahıdan çıxartdılar və “Son” dedilər. Onlar məni komandaya götürə bilərdilər, çünki mən yaxşı oyun nümayiş etdirib bir çox qola imza atmışdım. Ola bilsin, o zaman baş məşqçinin xoşuna gəlmirdim. Bax onda futbolu atıb volleybolla məşğul olmsaq istədim”, – deyə futbolçu bildirib.
Hazırda S.Azmun Rusiyanın “Zenit” klubunda çıxış edir. Onunla Romanın “Latsio” klubu da maraqlanır.