fcde3afd-3a33-47f4-a4cd-3eb7ec627bd4..jpg

Sərhəd bölgələrində radioyayım infrastrukturunun gücləndirilməsi məqsədilə təkliflər hazırlanıb

Baxış sayı: 721 dəfə baxılıb.

Sərhəd bölgələrində radioyayım infrastrukturunun gücləndirilməsi məqsədilə
təkliflər hazırlanıb

Azərbaycanda fəaliyyət göstərən ümumölkə və regional radio yayımçıların
proqramlarının ölkə üzrə tam yayımına nail olunması, habelə sərhəd bölgələrində
radioyayım infrastrukturunun gücləndirilməsi məqsədilə ölkədə radio yayım üzrə
optimal həddə çatmaq üçün təkliflər hazırlanıb.

“Report” xəbər verir ki, təkliflər Audiovizual Şura tərəfindən dəqiqliklə
işlənilib.

Belə ki, Audiovizual Şuranın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin, Dövlət
Radiotezliklər İdarəsinin, habelə radio yayımçıların adından çıxış edən
“Rəqəmsal və audiovizual yayım sənayesi” (RAYS) İctimai Birliyinin radio
komitəsinin mütəxəssislərinin daxil olduğu işçi qrup ölkədə radioyayımın
optimal həddinə çatmaq üçün RTYS-lərin və həmin stansiyalarda quraşdırıla
biləcək zəruri avadanlıqların siyahısını hazırlayıb.

Audiovizual Şura tərəfindən həmin təkliflər daha dəqiq işlənərək müvafiq
orqanlara təqdim olunub.

Source link