Sərhədi pozanlar saxlanılıb

Sərhədi pozanlar saxlanılıb

Baxış sayı: 8. 076 dəfə baxılıb.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

Bu haqda ÇıxışYolu.Com-a DMX-dən məlumat verilib.

Məlumatda bildirilib ki, xidmətin qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 14 nə­fər Hindistan və bir nəfər Banqladeş və­­tən­da­şı olmaqla, ümumilikdə 15 əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı Hindistan vətəndaşlarından altı nəfərin Azərbaycan əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu və səkkiz nəfərin ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banq­la­deş vətən­daşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qar­­şı­lığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə ça­lışdığı məlum olub.

Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən  Rusiya Federasiyasının az­yaş­lı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində mə­lu­­mat­lar dəyişdirilərək .Rahmanın adına sax­ta­laş­dı­rılıb. Əcnəbi hə­min vəsiqənin Azərbaycan Respublikası vətəndaşı Yu­subov Tərlan Tofik oğ­lu tərəfindən hazırlandığını bildirib.

Bundan əlavə, Azərbaycana işləmək adı altında aldadılaraq gətirilmiş və keçirilmiş tədbirlər zamanı saxlanılmış daha dörd nəfər Hindistan və­tən­da­şı­­nın sahibkarlıq fəaliyyəti adı altında pərdələndiyi, lakin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları məlum olub.

Bu şəxslərdən bəzilərinin Azərbaycana gə­­tirilmələrini, burada yerləşdirilmələrini Azər­bay­canda daimi yaşayan Pakistan İslam Respubli­ka­sı­nın və­tən­da­şı Mu­ham­mad Nasirin təşkil etdiyi və onun müəyyən məb­ləğdə ödəniş qar­şı­lı­ğın­da həmin əcnəbiləri qa­nun­suz yollarla leqal­laş­dı­rmağa çalışdığı aşakar edilib.

Göstərilən hər iki faktla bağlı müvafiq tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara göndərilib.

Sərhədi pozanlar saxlanılıbSərhədi pozanlar saxlanılıb

.
www.ÇıxışYolu.Com