Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin bitməsilə rayonlardan paytaxta gələn sərnişinlərin hərəkəti çoxalıb.
Respublikanın əsas dəmir yolu xətti olan Gəncə-Bakı istiqamətində sərnişin sıxlığını aradan qaldırılması məqsədilə respublikanın ikinci şəhərindən paytaxta hərəkət edən qatarların və onların vaqonlarının sayı artırılıb.
Belə ki, axşam və gecə qatarlarına əlavə vaqonlar qoşulub, habelə adi halda gündə bir dəfə yola çıxan Gəncə-Bakı-Gəncə elektrik sürət qatarları bayram günlərinin sonunda artıq sutkada iki dəfə xəttə çıxarılıb.
Bir neçə gündən sonra qatarlar yenidən köhnə qrafik üzrə hərəkət edəcək.
Nazim Quliyev