6a0a203f-60e6-4503-8a94-0a4b5dce957f..jpg

Sərnişinlər bir saatdan çox “həbs” edildilər: Bakı-Sumqayıt qatarında ciddi problem

Baxış sayı: 364 dəfə baxılıb.

Sərnişinlər bir saatdan çox “həbs” edildilər: Bakı-Sumqayıt qatarında ciddi
problem

Bu gün səhər saatlarında Bakı-Sumqayıt sürət qatarında ciddi problem yaşanıb.

Bu barədə Bakupost.az-a şikayətçilər məlumat veriblər.

Qeyd olunur ki, səhər 9 radələrində sərnişinlər 1 saat 9 dəqiqə qatarda
qalmalı olublar:

“Belə rəzalət olmaz. Yolun yarısında qalmışdıq. Stansiya olmadığı üçün bu
qatardan o qatara keçirdiblər. Nə qatar gedir, nə də qapını açırlar. İçəridə
aləm bir-birinə dəymişdi. Sərnişinlərdən halı pisləşənlər oldu. Belə
tragikomediya görünməyib. Azərbaycan Dəmir Yollarının xidmət səviyyəsi çox
sürətlə “inkişaf” edir”.

Source link