6af009b4-cf99-4ee0-b982-67ca4d455f67..jpg

Sərnişinlərdən Bakı-Sumqayıt qatarındakı qrafik dəyişikliyinə etiraz – Qurumdan AÇIQLAMA

Baxış sayı: 475 dəfə baxılıb.

Sərnişinlərdən Bakı-Sumqayıt qatarındakı qrafik dəyişikliyinə etiraz –
Qurumdan AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişindaşımada yaranabiləcək hərəkət
sıxlığının qarşısının alınması məqsədi ilə qatarların cədvəlində dəyişiklik
edib. Amma edilən dəyişiklik narazılıq yaradıb. Sərnişinlərin bildirdiyinə
görə, vəziyyət əvvəlkindən daha gərgin olub və sıxlıq artıb. Narazı sərnişinlər
sıxlığa səbəb kimi pik saatlarda 2 qatar reysinin ləğv olunmasını əsas
gətiriblər.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Sənubər Nəzərova Bizim.Media-ya açıqlama verib.

O deyib ki, yenilənmiş hərəkət qrafiki sərnişinlərin təklifləri nəzərə
alınmaqla yeni tədris ilində ictimai nəqliyyatın üzərinə düşən yükün
azaldılmasına, insanların təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasına
hesablanıb:

“Abşeron dairəvi dəmir yolu xətti üzrə səhər saat 07:50 və 07:55 reyslərinin
vaxtının dəyişdirilməsi və digər reyslər üzrə də hərəkət qrafikinin
optimallaşdırılması cədvəl üzrə əlavə 8 reysin təyin edilməsinə, bunun nəticəsi
kimi də gündəlik olaraq daha 2000 sərnişinin sürətli qatarlarla hərəkətinə
imkan yaradır. Bu vaxta qədər saat 07:50 və saat 07:55 reysləri ilə hərəkət
edən sərnişinlərimiz 8 sentyabr tarixindən etibarən saat 07:35-ə təyin edilmiş
yeni reys və saat 07:40-dakı ənənəvi reys ilə səfər edə bilərlər. Həmçinin
yenilənmiş qrafikə əsasən? sərnişinlərimiz Sumqayıt-Xırdalan-Bakı istiqaməti
üzrə saat 08:10-a təyin olunmuş yeni reys ilə də mənzil başına vaxtında çata
biləcəklər”.

Qurum rəsmisi qeyd edib ki, Sumqayıtdan paytaxta səfər edən sərnişinlərin
səhər saatlarında Bakıya vaxtında çatdırılması üçün Sumqayıt-Pirşağı-Bakı
marşrutu üzrə reyslərin sayı 6-dan 5-ə endirilərək daha qısa marşrut olan
Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə 2 yeni reys əlavə edilib:

“Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında müşahidə olunan sıxlığın
aradan qaldırılması məqsədilə qısaldılmış Bakı-Xırdalan-Bakı və
Bakı-Koroğlu-Bakıxanov-Sabunçu-Bakı marşrutu üzrə qatarlar hərəkət edir. Bu
qısaldılmış marşrutlar Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında artmaqda
olan sərnişin sıxlığının tənzimlənməsini həyata keçirir”.

Source link