23729fff-dd37-4eeb-a134-5a6e36d7d543..jpg

Şərq Tərəfdaşlığı çərçivəsində İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 619 dəfə baxılıb.

Şərq Tərəfdaşlığı çərçivəsində İnvestisiya Planının Azərbaycanda icrası
müzakirə edilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq və
genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopmanla görüşüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Avropa İttifaqının 2021-2025-ci illər üzrə Şərq
Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının
Azərbaycanda icrası, COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq
imkanlarına dair fikir mübadiləsi aparılıb. Tərəflər növbəti illər üzrə ortaq
prioritetlərə uyğun potensial əməkdaşlıq sahələrini nəzərdən keçiriblər.

17:30

Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı
prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası
müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki
hesabında yazıb.

Nazir deyib ki, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə
baş direktoru Gert Yan Kopman ilə görüşdə bir sıra istiqamətlərdə əməkdaşlıq
məsələləri müzakirə edilib: “Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)
çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq və Aİ ilə ümumi əməkdaşlıq
istiqamətləri müzakirə edilib”.

Avropa Komissiyasının qonşuluq və genişlənmə (@eu_near
) danışıqları üzrə baş
direktoru Gert Yan Kopman (@GertJanEU
) ilə görüşdə bir sıra
istiqamətlərdə əməkdaşlıq məsələlərini müzakirə etdik:

– Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı
prioritetləri…pic.twitter.com/J0V4yZn16P
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 3, 2024

Source link