İranın Şərqi Azərbaycan vilayətində baş verən yol-nəqliyyat hadisəsi zamanı azı üç nəfər ölüb, 40 nəfər yaralanıb.
ÇıxışYolu.Com “Belta”ya istinadla xəbər verir ki, bununla bağlı vilayətin tibb xidməti məlumat yayıb.
42 tələbənin olduğu avtobus Təbriz şəhərində qəzaya uğrayıb.
İlkin məlumatlara görə, qəzaya yüksək sürət və yolun sürüşkən olması səbəb olub.
ÇıxışYolu.Com yeniləndi!