2024-ci ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının raket və
artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya
məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar
olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində
komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların
bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı
fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin
inkişaf etdirilməsidir.
Şərti düşmən hədəfləri sərrast atəşlə məhv edildi