76a6a181-6671-4759-970e-0c4976c36bff..jpg

Şərti düşmənin hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib – VİDEO

Baxış sayı: 564 dəfə baxılıb.

Şərti düşmənin hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ
keçirilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin
taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən
qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib.

Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib,
daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ
keçirilib.

Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək
peşəkarlıq və dəqiqlik nümayiş etdiriblər.


Source link