fd9e6af5-c59a-4c25-9786-8423f2b124e2..jpg

Şərti sərhəddə və Qarabağda yerləşən mövqelərimiz 23 dəfə atəşə tutulub – VİDEO

Baxış sayı: 800 dəfə baxılıb.

Şərti sərhəddə və Qarabağda yerləşən mövqelərimiz 23 dəfə atəşə tutulub – VİDEO

Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun
Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən
mövqeləri 23 dəfə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı
Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu
istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun
İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf,
Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində
yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri
tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa
şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlər üzrə adekvat
cavab tədbirləri görülüb.

“Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu
cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən
Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy
formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir.

Bir daha bildiririk ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və
bunun nəticəsində baş verəcək insan itkilərinə görə bütün məsuliyyət rəsmi
İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – MN-in məlumatında deyilir.


Source link