Şərti sərhəddəki görüşün pərdəarxası MƏQAMLARI – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazax yaxınlığında Azərbaycan-Ermənistan şərti sərhədində hər iki ölkənin Baş
nazir müavinləri – Şahin Mustafayevlə Mqer Qriqoryan arasında növbətigörüş
Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın beşinci görüşündə delimitasiya məsələlərinin müzakirəsi davam
etdirilib, bir sıra təşkilati və prosedur məsələlər nəzərdən keçirilib.
Komissiyanın növbəti iclasının Qazax yaxınlığında keçirilməsi heç də təsadüfi
deyil.
Azərbaycanın səkkiz kəndi hələ də işğal altındadır. Ermənistanın atdığı
qeyri-adekvat addımlar isə tərəflər arasında sülh danışıqlarını yubadır.
Bəs görəsən, 2023-cü ilin bitməsinə sayılı günlər qaldığı dövrdə reallaşan bu
görüşün hər hansı əhəmiyyəti olacaqmı?
Millət vəkili Sahib Alıyev bildirib ki, delimitasiya məhz danışıq keçirilən
kəndin – Balacəfərlinin bir neçə kilometrliyində erməni işğalı altında olan
Qazaxın 7 kəndindən başlasaydı, bu danışıqlarda irəliləyiş ola bilərdi:
“Ermənistan buna gedəcəkmi? Fikirləşirəm ki, yox. Amma bir məsələni xüsusi
vurğulamaq istəyirəm. Azərbaycan necə öz torpaqlarını azad etdisə, bu regionda
sülhü də təmin edəcək. İndiyədək atılan addımlarda Azərbaycanın məcburetmə
mexanizmi işə düşüb. Yenə də mənə elə gəlir ki, qarşı tərəf üçün ayıldıcı hər
hansısa bir addım atılandan sonra onlar başa düşəcəklər ki, bu cür sülh
anlaşması hər bir tərəf üçün maraqlıdır”.
Qeyd edək ki, tərəflər Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə
layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib,
komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa
gəliblər. Həmçinin növbəti görüşün keçirilməsinin tarixi və yeri barədə
razılaşıblar.
Ətraflı Baku TV-nin süjetində: