b430388a-f698-4b22-a553-0e8d1741ba01..jpg

Şərur sakininə xəsarət yetirərək onun ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılacaq

Baxış sayı: 519 dəfə baxılıb.

Şərur sakininə xəsarət yetirərək onun ölümünə səbəb olan şəxs hakim qarşısına
çıxarılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şərurda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan şəxs barəsində
cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Cari il aprelin 29-da Şərur rayonunda Mürsəl Hüseynovun aldığı xəsarətdən
ölməsi ilə faktı bağlı istintaqı aparılan cinayət işi yekunlaşdırılıb.

İstintaqla, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı
Abdulla Abdullayev tərəfindən kəsici-deşici alətlə Şərur rayon sakini Mürsəl
Hüseynovun sağ ayağının bud nahiyəsinə xəsarət yetirilməsinə və sonuncunun
həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Abdulla Abdullayevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır
zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi tamamlanaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

Source link