70afc0b8-1cb2-4d73-b87c-a0ad59b19c80..jpg

Şərurda külli miqdarda aksizi olmayan siqaretlər, spirtli içkilər və yivli odlu silah aşkarlanıb – FOTO

Baxış sayı: 715 dəfə baxılıb.

Şərurda külli miqdarda aksizi olmayan siqaretlər, spirtli içkilər və yivli
odlu silah aşkarlanıb – FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının aksiz
markası ilə markalanmayan külli miqdarda siqaret, spirtli içki və yivli odlu
silah aşkar ediblər.

Bu barədə DGK-nın yaydığı məlumatda deyilir.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat
və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış
keçiriblər.

Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsindəki yardımçı
tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan
Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə
18960 ədəd siqaret və 91 ədəd spirtli içki aşkar edilib.

Həmçinin baxış zamanı aşkarlanan 1 ədəd sənədsiz yivli odlu silah və 94 ədəd
mərmi aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil
verilib.

Faktla bağlı araşdırma aparılır.

Source link