930dc1a4-1080-40f7-be31-14e1a5b11aad..jpg

Şərurda “Şəhidlər məscidi” inşa olunur – FOTO

Baxış sayı: 513 dəfə baxılıb.

Şərurda “Şəhidlər məscidi” inşa olunur – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanın Şərur rayonunun Ələkli kənd sakinlərinin təşəbbüsü ilə yeni məscid
inşa olunur.

“Report” xəbər verir ki, kənd sakinlərinin təşəbbüsü ilə tikilən yeni ibadət
ocağına Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə “Şəhidlər
məscidi” adı verilib.

Kəndin mərkəzində inşa olunan məscid 100-dən artıq sakinin ibadət etməsi üçün
nəzərdə tutulub. Bir günbəzdən və bir minarədən ibarət məscidin ətrafında
şəhidlər parkı da yaradılacaq, yaşıllıqlar salınacaq.

Ümumi sahəsi 170 kvadratmetr olan məscid hazır olduqdan sonra kişilər üçün
100, qadınlar üçün isə 50 nəfərlik zallar istifadəyə veriləcək.

İbadət ocağının inşasına kəndin Naxçıvandan kənarda yaşayan sakinləri də
dəstək göstərirlər.

Source link