4b246d1f-4092-4f3e-b4b7-55f5ba9d6fe8..jpg

Sərxan Sərxan: “Moskvada soyadımla bağlı problem yaşayırdım” – VİDEO

Baxış sayı: 1. 277 dəfə baxılıb.

Sərxan Sərxan: “Moskvada soyadımla bağlı problem yaşayırdım” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıdan Moskvaya gedəndə Qurbanbəyov kimi getdim. Moskvada oldum Sərxan
Sərxan. Amma sənədlərdə Qurbanbəy Rəşid oğlu qalmışdım”.

Bizim.media xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan (Sərxan
Rəşid oğlu Qurbanbəyov) qonaq olduğu verilişlərin birində deyib.

71 yaşlı sənətkar uzun illər əvvəl Moskvada Qurbanbəyov soyadı ilə yaşadığı
çətinlikdən söz açıb:

“Moskvada ilk dəfə səhnəyə çıxanda aparıcılar çaş-baş qaldılar. Onlara
Qurbanbəyov soyadını dilə gətirmək çox çətin idi. Çaşırdılar… Bir neçə dəfə
məndən adımı soruşurdular. Dedim ki, sadəcə Sərxan deyin. Onlar isə cavabında
adı soyadsız demək olmaz söyləyirdilər. Mən də dedim ki, o zaman iki dəfə
Sərxan deyin. Yəni Sərxan Sərxan. Dedim ki, babamın da adı Sərxandır. Deyin
Sərxan Sərxan… Elə o vaxtdan bəri adım da, soyadım da Sərxan getdi, oldum
Sərxan Sərxan. Amma atam məndən küsüb söyləyirdi ki, gül kimi soyadımız var,
niyə axı o soyadı tanıtdırmırsan (gülür)”.


Source link