2b128061-df60-4807-a411-ed7cec43c8bf..jpg

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

Baxış sayı: 835 dəfə baxılıb.

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

Yardımlı rayonu ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin
sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol
polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan məlumat verilib.

Bildirilib ki, saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsini sürücülük
vəsiqəsi olmadan idarə edən Yardımlı rayon sakini C.Ağayevin həmçinin sərxoş
olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Yardımlı
Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 gün müddətində
inzibati qaydada həbs edilib.

Source link