Sərxoş kişi həkimi və tibb bacısını döydü

Sərxoş kişi həkimi və tibb bacısını döydü

Baxış sayı: 2. 691 dəfə baxılıb.

Sərxoş kişi həkimi və tibb bacısını döydü

Bərdə rayonunda sərxoş kişi ona lazımi tibbi xidmət göstərilmədiyini bildirərək tibb işçilərinə hücum edib.

ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində baş verib.

Şəxsiyyəti məlum olmayan kişi təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Bir müddətdən sonra özünə gələn sərxoş ona lazımi tibbi yardım göstərilmədiyini əsas gətirərək, həkimlərə hücum edib. Hadisə zamanı bir həkim və tibb işçisi xəsarət alıb. 

Xəstəxananın həkimləri polisə məlumat verib. Polis əməkdaşları əraziyə gələrək, həmin şəxsi rayon Polis şöbəsinə aparıblar.

Faktı bağlı araşdırma aparılır.

Şamxal Adıgözəlov