Səs illüziyası mübahisəyə səbəb oldu – AUDİO

Səs illüziyası mübahisəyə səbəb oldu – AUDİO

Baxış sayı: 2. 772 dəfə baxılıb.

İnternetdəki səs yazısına görə sosial şəbəkə istifadəçiləri arasında mübahisə düşüb. Səs yazısında bir-birinə oxşar “Yanni” (Yanny) və “Lorel” (Laurel) sözləri eyni anda səsləndirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, video məşhur bloqer Xloe Feldman tərəfindən “Twitter”də paylaşılıb.

“Siz nə eşidirsiniz?! Yanni, yoxsa Lorel”, – Feldman öz izləyicilərindən soruşub.

O, özü birinci variantı eşitdiyini deyib. 

Audioyazıya 5,5 milyondan çox insan qulaq asıb. “Tweet” 56 min layk qazanıb və ən çox müzakirə olunan fikirlərdən birinə çevrilib. 

“Tweet”in şərhlərində izləyicilərin bir qismi “Yanni”, digər qismi isə “Lorel” adının deyildiyini müdafiə ediblər. 

www.ÇıxışYolu.Com