Çinli mühəndislər yüksək texnoloji səsdən sürətli təyyarələri test etmək üçün dünyanın ən sürətli külək tuneli inşa edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Çinin “Şinhua” agentliyi məlumat yayıb.
Çin Elmlər Akademiyasına bağlı Yüksək Təzyiq Qaz Dinamikləri Laboratoriyasının alimləri səs sürətinin 25 qatına qədər çata bilən sınaq məqsədli külək tunelinin inşasını tamamlayıb.
265 metr uzunluqdakı tunel səs sürətinin 25 qatı olan, “Mach 25” şiddətinə çatan səsdən sürətli uçuşların simulyasiyasının həyata keçirilməsinə imkan verəcək.
Layihənin detalları “Science China: Physics, Mechanics & Astronomy” dərgisində çap olunub.