7e90ccf9-108c-49e5-af7e-6d6fb26c740d..jpg

Səttar Bəhlulzadənin əsərlərini satan şəxs: “Amerikalılar onların hamısını almaq istəyirlər” – VİDEO

Baxış sayı: 638 dəfə baxılıb.

Səttar Bəhlulzadənin əsərlərini satan şəxs: “Amerikalılar onların hamısını
almaq istəyirlər” – VİDEO

Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin “eBay” internet mağazasında
satışa çıxarılması ilə bağlı yeni faktlar məlum olub.

Əsərləri satan kolleksiyaçı Oğuz Tolga Buku TV-nin suallarını cavablandırıb.

O bildirib ki, 33 ildir, bu işlə məşğuldur:

“Mən 33 ildir, bu rəsmləri toplayıram. Əvvəlcə sovet rəsmləri ilə başlamışdım.
Sadəcə, bu rəsmlər deyil, mən çox böyük bir kolleksiyaçıyam. Bunlar o zaman
Azərbaycanda çalışmış xaricdəki təmsilçilərin, türklərin alıb gətirdikləri
rəsmlərdir. 10 il əvvəl Türkiyədəki Azərbaycan rəsmlərini toplayanlardan
hamısını yığdım. Onları “eBay”də satışa qoydum, düşündüm ki, qiyməti elə qoyaq,
hamısını sata bilək.

İndi amerikalılar onların hamısını almaq istəyirlər. Amerikada kolleksiyaçılar
var. Onlar 1 300 rəsmin hamısını almaq istəyirlər. Amma onlara satmaq
istəmirəm. Əvvəllər də almaq istəmişdilər, amma heç birini satmadım. Xüsusən də
satılmasın deyə çox yüksək qiymətlər qoyurdum”.

Ətraflı videonu təqdim edirik:


Source link