Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ölkəsi üçün inqilab sayıla biləcək açıqlama verib.
ÇıxışYolu.Com xəbər verir ki, şahzadə “uyğun” geyinəcəkləri təqdirdə qadınların çarşab geyinmə məcburiyyəti ortadan qalxacaq.
Səudiyyə Ərəbistanı vəliəhdi daha öncə “mülayim islama keçid edəcəklərini” açıqlamışdı.
“Reuters” şahzadənin yeni açıqlamasını inqilabi addım kimi dəyərləndirib.
“Şəriət qanunları kifayət qədər açıqdır. Qadınlar eynilə kişilər kimi “uyğun” geyindikləri təqdirdə, çarşab geyinmək məcburiyyətində qalmayacaqlar”, – vəliəhd CBS kanalına açıqlamasında deyib.
O, ölkəsində din qaydalarının kəskin xarakter almasını 1979-cu il İran inqilabı ilə əlaqələndirib.