Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salman İranın nüvə bombasını inkişaf etdirəcəyi təqdirdə ölkəsinin də eyni yola əl atacağını bəyan edib.
ÇıxışYolu.Com xəbər verir ki, 32 yaşlı vəliəhd bu barədə CBS televiziyasına danışıb:
“Səudiyyə Ərəbistanı nüvə bombasına malik olmağı istəmir.Ancaq şübhəsiz ki, İran nüvə silahlanmasını inkişaf etdirsə, biz də qısa zamanda eynisini edəcəyik”.
Orta Şərqdə çəkişmə içində olan iki ölkə aktiv qarşıdurmanın olduğu Yəmən kimi ölkələrdə rəqib qruplaşmaları dəstəkləyərək bir-biri ilə dolayı yolla müharibə şəraitindədirlər.