Səudiyyə Ərəbistanı Misir ərazisində meqaşəhər tikmək barədə qərar qəbul edib.
ÇıxışYolu.Com xəbər verir ki, belə bir bəyanatla şahzadə Məhəmməd ben Salman Əl Saud çıxış edib.
Məlumata görə, yeni şəhər Sinay yarımadasında salınacaq.
İlkin olaraq layihənin həyata keçməsi üçün 500 milyard dollar ayrılacaq. Layihəyə əsasən, Qırmızı dəniz üzərində körpü salınacaq. Bu körpü Səudiyyə Ərəbistanı ilə Misiri birləşdirəcək.