Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud Fransa prezidenti Emmanuel Makrona Qətərin Rusiyadan “S-400” zenit-raket kompleksləri alacağı təqdirdə Dohaya qarşı hərbi əməliyyatlara başlayacağı barədə məktub ünvanlayıb.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə “Le Monde” məlumat yayıb.
Məktubda Ər-Riyadın Rusiya ilə Qətər arasındakı danışıqlardan narahatlığı ifadə edilir. Qeyd edilib ki, “S-400”ün quraşdırılması Səudiyyə Ərəbistanının hava məkanının təhlükəsizliyini pozacaq və bölgədə gərginliyin artmasına gətirib çıxaracaq.