Səudiyyə Ərəbistanına ballistik raket atılıb

Baxış sayı: 2. 383 dəfə baxılıb.

Səudiyyə Ərəbistanına ballistik raket atılıb

Yəmənin “Ənsar Allah” (husilər) şiə hərəkatının nümayəndələri bəyan ediblər ki, cümə günü Səudiyyə Ərəbistanının Cizan əyalətində yerləşən “strateji hədəfə” balistik raketlə zərbə endiriblər.

Bu barəsə ÇıxışYolu.Com “RİA Novosti”yə istinadla xəbər verir.

Husilər “Bədr-1” ballistik raketdən istifadə etdiklərini bildiriblər.

Öz növbəsində Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi Kral Havadan Müdafiə Qüvvələrinin husilərin atdığı raketi zərərsizləşdirdiyi barədə məlumat yayıb. 

www.ÇıxışYolu.Com