Səudiyyə Ərəbistanında tikilən və inşası 2020-ci ildə başa çatacaq Ciddə Qülləsinin animasiya edilmiş görüntüləri yayılıb.
ÇıxışYolu.Com xəbər verir ki, dünyanın iqtisadi mərkəzi olmaq istəyən Səudiyyə Ərəbistanı 1 kilometr hündürlüyündə bina inşa etməyə qərar verib.
Bununla da 828 metr hündürlüyündə olan Burç Xəlifə taxtını 2020-ci ildə inşasına başlanacaq Ciddə Qülləsinə verəcək.
Qeyd edək ki, Ciddə Qülləsi 1 kilometr hündürlüyündə – 999.7 metr olacaq. Yeni ağıllı şəhər Ciddə İqtisadi Mərkəzi qüllə ilə birlikdə fəaliyyətə başlayacaq.
Göydələn 200 mərtəbə olacaq. Orada restoranlar, hotel, ticarət mərkəzləri fəaliyyət göstərəcək. Bununla bərabər binanın 157-ci mərtəbəsində dünyanın ən uzun naviqasiya sahəsi yerləşəcək. Hansıki ABŞ-dakı Azadlıq Qülləsinin izləmə sahısində nisbətən 55 mərtəbə daha yüksəklikdə yerləşəcək.