Səudiyyə Ərəbistanında ilk kinoteatr açıldı

Səudiyyə Ərəbistanında ilk kinoteatr açıldı

Baxış sayı: 2. 554 dəfə baxılıb.

Səudiyyə Ərəbistanında son 40 il ərzində ölkənin ilk kinoteatrı açılıb.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, açılış mərasimi “Əl-Ərəbiyə” telekanalı ilə canlı yayımlanıb.

Krallıq üçün tarixi premyeraya 600-dən çox insan, o cümlədən kral ailəsinin üzvləri, biznesmenlər, tanınmış jurnalistlər, yazıçılar və incəsənət xadimləri dəvət alıb.

Mərasimdə gender bərabərliyi təmin olunub, zala kişilərlə yanaşı qadınlar da buraxılıb.

Ər-Riyadın yeni salınmış maliyyə rayonunda (kral Abdulla adına ) yerləşən kino mərkəzində ilk olaraq Holivud istehsalı olan “Qara Pantera” filmi nümayiş olunub.  

.
www.ÇıxışYolu.Com