Səudiyyə Ərəbistanı məhkəməsi ölkənin yüksək vəzifəli məmurlarına qarşı sui-qəsd planı hazırlayan dörd terrorçu barədə ölüm hökmü çıxarıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Əl-Əhbəriyyə” telekanalı məlumat yayıb.
Məhkəmənin qərarına görə, həmin şəxslər İranın tapşırığı ilə ölkədə terrorçu şəbəkə yaratmaqda təqsirli bilinib.
Onların İran ərazisində yerləşən xüsusi düşərgələrdə təlim keçdiyi bildirilir. Dövlət agentliyi müttəhimlərin kimliyini açıqlamayıb.