Səudiyyə Ərəbistanında kişilərin və qadınların maaşlarını bərabərləşdirməyə hazırlaşırlar.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə CBS kanalına krallığın varisi şahzadə Məhəmməd ibn Salman məlumat verib.
“Biz yaxın gələcəkdə başlanacaq bir təşəbbüs üzərində işləyirik. Bu təşəbbüs kişilər və qadınlar üçün bərabər ödəniş təmin edən normaların inkişafına yönəldiləcək”, – deyə o bildirib.
Səudiyyə şahzadələri qul əməyi vasitəsilə səhrada 500 milyard dollarlıq bir cənnət tikəcəklər.
Şahzadə güman edir ki, bu, ölkədə işləyən qadınların nisbətini artıracaq. Hal-hazırda bu nisbət 22 faiz təşkil edir.