Bu gündən Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb.
Bu haqda ÇıxışYolu.Com BBC News-a istinadla xəbər verir.
Kral Salmanın qadınların avtomobil idarə etməsinə qoyulan qadağanın ləğvi barədə fərmanı iyunun 24-dən qüvvəyə minib.
Bu, şahzadə Məhəmməd ben Salmanın təşəbbüsü ilə 2017-ci ildə qəbul edilən “Vision 2030” proqramı çərçivəsində nəzərdə tutulan əsas addımlardan biridir. Proqramda əsas məqsəd Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldırmaq, dünyanın ən müasir iqtisadiyyatlarından birinə çevrilməkdir.