Ərəb koalisiyasının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edən Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə Yəmən sərhədində “texniki nasazlıq” səbəbindən qəzaya uğrayıb.
ÇıxışYolu.Com xəbər verir ki, təyyarənin 2 pilotu sağ qalıb.
Koalisiya nümayəndəsi Türki əl-Maliki açıqlamasnda Kral Hava Qüvvələrinə məxsus “Tornado” tipli hərbi təyyarənin təlim uçuşundan qayıdarkən texniki nasazlıq səbəbindən qəzaya uğradığını deyib.
Daha öncə “Əl-Məyadin” telekanalı bəyan etmişdi ki, ərəb koalisiyasının təyyarəsi Səada əyalətində şiə qiyamçıların mövqelərinə həmlədən sonra qəzaya uğrayıb.