5b590ec6-5bbf-48fb-8a05-883699008292..jpg

Səudiyyə Ərəbistanından daha bir gözlənilməz gediş – Futbolçulardan sonra bu dəfə hakimlər hədəfdə

Baxış sayı: 435 dəfə baxılıb.

Səudiyyə Ərəbistanından daha bir gözlənilməz gediş – Futbolçulardan sonra bu
dəfə hakimlər hədəfdə

Kriştianu Ronaldu ilə başlanan ulduz transfer trendini yay transfer dönəmində
etdiyi gedişlərlə (Neymar, Mane) davam etdirən Səudiyyə Ərəbistanı daha bir
diqqətçəkən həmləyə hazırlaşır.

Belə ki, Səudiyyə Ərəbistanı yerli çempionata yüksəksəviyyəli hakimləri dəvət
etmək istəyir.

“The Times”ın öz mənbələrinə istinadla verdiyi məlumata görə, liqa
təmsilçiləri Premyer Liqa və digər Avropa liqalarından olan hakimlərlə əlaqə
saxlayıb, onlara Səudiyyə Ərəbistanında tamştatlı iş təklif ediblər. Onların
2022-ci il dünya çempionatında işləyən referilərlə də əlaqə saxladıqları qeyd
edilir.

Nəşrdə o da vurğulanır ki, xəbər Avropanın əsas liqalarında narahatlıq
yaradıb: İngiltərədəki Premyer Liqa referiləri illik 120-300 min funt sterlinq
qazanırlar, lakin Səudiyyə Ərəbistanında bu rəqəm daha yüksək ola bilər.
Beləliklə, Avropanın ən yaxşı hakimlərinin Səudiyyə Ərəbistanı Liqasına gedə
biləcəyi ehtimal olunur.

Mənbə: Haber Global

Source link