Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ciddədə yerləşən
xəstəxanalardan birinə yerləşdirilib.
Bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb.
Hələlik Səudiyyə Ərəbistanının kralının hansı səbəbdən xəstəxanaya
yerləşdirildiyi açıqlanmır.
Qeyd olunub ki, 88 yaşlı Salman bin Əbdüləziz sonuncu dəfə 2022-ci ilin
mayında tibbi testlərdən keçmək üçün xəstəxanaya yerləşdirilib. O, 2020-ci ildə
öd kisəsindən əməliyyat olunub.
Mənbə: Reuters