İsraillilərin öz dövlətlərinə sahib olmağa haqqı var.
ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.
“Hesab edirəm ki, həm fələstinlilərin, həm də israillilərin öz torpaqlarına sahib olmağa haqqı var. Ancaq tərəflər arasında normal münasibətləri və sabitliyi təmin edəcək sülh müqaviləsi bağlanmalıdır.” deyə şahzadə “The Atlantic” nəşrinə verdiyi müsahibədə bildirib.
Şahzadə rəsmi Ər-Riyadın Qüdsdə Əl-Əqsa məscidinin aqibəti və fələstinlilərin hüquqlarına görə narahat olduğunu bildirsə də, krallığın heç bir xalqa qarşı nifrət bəsləmədiyini diqqətə çatdırıb.
Siyasi şərhçilərə görə, Səudiyyə Ərəbstanın İsraillə yaxınlaşmasına, Ər-Riyadın İranla münasibətlərində yaranan gərginlik təkan verib. Şahzadə Məhəmməd müntəzəm olaraq İran rəhbləriyinin ünvanına sərt bəyanatlar səsləndirir.
Bir müddət əvvəl vəliəhd şahzadə, İranın ali dini lideri Əli Xamneyini Hitlerlə müqayisə etmiş və onun dünyanı fəth etməyə çalışmaqda ittiham etmişdi.