Səudiyyə şahzadəsi taxtdan məhrum ola bilər

Baxış sayı: 2. 218 dəfə baxılıb.

Səudiyyə şahzadəsi taxtdan məhrum ola bilər

Səudiyyə Ərəbistanının kral ailəsinin bəzi üzvləri jurnalist Camal Kaşıkçının ölümünə görə beynəlxalq arenada yaranmış qalmaqal fonunda şahzadə Məhəmməd Bin Salman Əl Saudun taxta çıxmasına mane olmaq niyyətindədirlər.

ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, kral ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, onlarla şahzadə və kral ailəsinin digər üzvləri hakimiyyətə başqa şahzadənin gəlməsini istəsələr də, 82 yaşlı kral Salman Bin Abdel Əziz Əl Saud sağ olduğu müddətdə hərəkətə keçməyəcəklər.

Onlar kralın öz sevimli oğlunu hər bir halda müdafiə edəcəyini düşünürlər.

“Reuters” agentliyinin məlumatına görə, kraldan sonra onun yerinə Qərb tərəfindən dəstəklənən 76 yaşlı qardaşı Əhməd İbn Abdulla Əziz İbn Səud gələ bilər.

www.ÇıxışYolu.Com