Səudiyyədə Ərəbistanında ilk dəfə qadınlara sürücülük vəsiqəsi verildi

Səudiyyədə Ərəbistanında ilk dəfə qadınlara sürücülük vəsiqəsi verildi

Baxış sayı: 2. 342 dəfə baxılıb.

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlara sürücülük vəsiqəsi verilib. 

ÇıxışYolu.Com bununla bağlı “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir.

Telekanal bu hadisəni tarixi an kimi qiymətləndirib. 

Telekanalın portalında yerləşdirilən videoda Səudiyyə hökumətinin nümayəndəsinin qadına sürücülük vəsiqəsini təqdim etməsi əks olunub. 

Səudiyyə Ərəbistanında qadınların sürücülük hüququndan məhrum edilməsi ilə bağlı qərar 1990-cı ildə qəbul edilib. 

2017-ci ildə isə Səudiyyə şahzadəsi Salman ibn Əbdül-əziz əs-Səud bu qərarı ləğv edib. 

www.ÇıxışYolu.Com