Səudiyyəli baş konsul Türkiyəni tərk etdi

Baxış sayı: 2. 813 dəfə baxılıb.

Səudiyyəli baş konsul Türkiyəni tərk etdi

Səudiyyə Ərəbistanının baş konsulu Məhəmməd əl Uteybi Türkiyəni tərk edib. 

ÇıxışYolu.Com NTV telekanalına istinadən xəbər verir ki, diplomat bu addımı öz istəyi ilə atıb.

Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Hami Aksoy bildirib ki, nazirlik Məhəmməd əl Uteybindən ölkəni tərk etməyi tələb etməyib. 

Qeyd edək ki, konsul səudiyyəli jurnalist Camal Khaşoqinin qətli ilə bağlı baş vermiş qalmaqal fonunda Türkiyəni tərk etmək qərarını verib. 

www.ÇıxışYolu.Com